İngiltərə

Haalanddan Premyer Liqa rekordu

“Mançester Siti”nin hücumçusu Erlin Haaland Premyer Liqanın IV turunda “Brentford”la matçda (2:1) dubl edib.

Aut.az xəbər verir ki, 24 yaşlı norveçli hücumçunun çempionatın startından sonrakı 4 turda aktivində 9 qolu var. Bu, liqanın rekordudur. Hələ heç bir futbolçu bu qədər məhsuldar olmayıb.

Haaland bundan əvvəl “Vest Hem” (3:1) və “İpsviç”lə (4:1) qarşılaşmalarda het-trik edib, “Çelsi”yə (1:0) bir qol vurub.

Qeyd edək ki, “Mançester Siti” (12 xal) Premyer Liqanın lideri olaraq qalır.

Aut.az