İspaniya

Mbappedən üzr istəyib? – Bu çirkin hərəkət idi

“Espanyol”un sol cinah müdafiəçisi Karlos Romero İspaniya Primerasının 22-ci turunun “Real”la oyununda etdiyi kobud kobudluğa görə rəqib hücumçu Kilian Mbappedən üzr istəyib.

Aut.az xəbər verir ki, bu barədə futbolçunun özü məlumat verib.

“Mbappenin qarşısıalınmaz olduğunu bilirdim və bacardığım qədər onu saxlamağa çalışdım. Bu çirkin  hərəkət idi və mən ondan üzr istədim. Bu epizod münaqişəyə çevrilmədi, hər şey meydanda qaldı”, – deyə  Romero bildirib.

Qeyd edək ki, 60-cı dəqiqədə Romero meydanın mərkəzində Mbappeyə arxadan zərbə vurub.

Görüş isə “Espanyol”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Aut.az