100 milyon ödəməyə hazırdırlar
“Real” Dortmund “Borussiya”sından Jud Bellinqemi transfer etmək istəyir.
Aut.az xəbər verir ki, Madrid klubu üçün 100 milyon avro ödəməyə hazır olduğu bildirilir. Bu təklif Bundesliqa təmsilçisini qane edir.
Qeyd edək ki, Bellinqemin Dortmund təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Onunla “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” və “Liverpul”un da maraqlandığı bildirilir.

