Almaniyaİspaniya

“Bavariya”nın müdafiəçisi şifahi razılıq verdi: “Real”a keçir

“Bavariya”nın müdafiəçisi Deotşankul Upamekano “Real Madrid”ə transfer olunmağa şifahi razılıq verib.

Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Mənbəyə görə, “Real” digər mümkün gücləndirmə variantı kimi “Liverpul”dan İbrahima Konateni nəzərdən keçirir, lakin o, prioritet deyil.

Madrid klubu Upamekanonu David Alaba və Antonio Rüdigerin potensial əvəzləyicisi kimi görür: hər iki oyunçunun müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Upamekanonun Münhen klubu ilə müqaviləsi də gələn yaya qədərdir.

Upamekano “Bavariya”ya 2021-ci ilin yayında “RB Leypsiq”dən 60 milyon avroya keçib. Bu mövsüm bütün klub yarışlarında 14 matçda meydana çıxıb. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 60 milyon avrodur.

Aut.az