“Yunayted” maraqlanır – 80 milyon qiymət qoyublar
“Mançester Yunayted” Frankfurt “Ayntraxt”ının 22 yaşlı hücumçusu Uqo Ekitiku ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sport” Almaniyanın jurnalisti Florian Plettenberq məlumat verib.
Mənbənin sözlərinə görə, Frankfurt klubu 80 milyon avroluq təklif alacağı təqdirdə fransalı futbolçunu buraxmağa hazırdır. “Qırmızı şeytanlar”ın hücumçu Benjamin Seşkonun potensial transferi ilə bağlı “Leyptsiq”lə də əlaqə saxladığı vurğulanır. “Bulls” 21 yaşlı futbolçunu 70 milyon avroya qiymətləndirir.
Ekitiku bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.
Aut.az
