Modriç etiraf etdi: Karyerasını bu klubda bitirmək istəyir
“Real”ın 39 yaşlı yarımmüdafiəçisi Luka Modriç gələcəyi ilə bağlı sualı cavablandırıb.
Xatırladaq ki, xorvatiyalı futbolçunun “kral klubu” ilə müqaviləsi gələn ilin yayında başa çatır.
“Karyeramı “Real Madrid”də başa vurmaq istərdim. Bu, mənim üçün gerçəkləşən bir arzu olardı. Amma gəlin görək nə baş verir. Mən heç bir təzyiq hiss etmirəm”, – Modriç “Telefoot”a müsahibəsində deyib.
39 yaşlı futbolçu 2012-ci ilin yayından “Real”da çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 579 matçda iştirak edib, 43 qol vurub və 93 məhsuldar ötürmə edib. İspaniya nəhənginin tərkibində Modriç altı dəfə Çempionlar Liqasının qalibi olub, dörd dəfə İspaniya çempionu olub.
Aut.az
