İspaniya

La Liqada ehtimallar: Yalnız 5 komanda baş məşqçiləri dəyişməyəcək

İspaniyada mövsümünün bitməsinə iki tur qalıb və yalnız beş La Liqa klubu baş məşqçilərini dəyişdirməyi planlaşdırmır.

Aut.az “Marca”ya istinadla xəbər verir ki, qalan komandalar ya artıq məşqçilərini işdən çıxarmağa hazırlaşır, ya da qərarlarını yarışın sonuna qədər təxirə salıblar.

Gələcəyi şübhə altında olmayan mütəxəssislər arasında “Barselona”da Hans-Dieter Flik, “Atletiko”da Dieqo Simeone, “Betis”də Manuel Pelleqrini, “Selta”da Klaudio Giraldes və “Real Sociedad”da Pelleqrino Mataratso var.

Mövsümlərarası fasilənin ən böyük xəbərlərindən biri Ernesto Valverdenin “Atletik Bilbao”dan ayrılması olacaq. 500-dən çox oyundan sonra onun yerinə “Borussiya Dortmund”un keçmiş məşqçisi Edin Terziç gələcək. Marselinonun uğurlu bir dövrdən sonra ayrılacağı “Vilyarreal”da da dəyişikliklər gözlənilir. Onun ehtimal olunan varisi kimi İniqo Peres göstərilir.

Aut.az