Çempionlar Liqasıİspaniya

Arda vurduğu qolla “Real”ın tarixinə düşdü

“Real”ın yarımmüdafiəçisi Arda Gülər Çempionlar Liqası tarixində klub üçün ən sürətli qollardan birinin müəllifi olub.

Aut.az xəbər verir ki, bu, turnirin 1/4 final mərhələsində “Bayern”ə qarşı cavab oyununda (4:3) baş verib.

İspan jurnalisti Aleksis Martin-Tamayo (MisterChip) sosial şəbəkədə bildirib ki, türkiyəli futbolçu Madrid klubunun Çempionlar Liqası/Avropa Çempionlar Kuboku tarixində ikinci sürətli qolu vurub. O, 34-cü saniyədə fərqlənib.

Bu göstəricidə rekord Ektor Riala məxsudur. O, 1957-ci ildə “Antverpen”ə qarşı matçda 31-ci saniyədə fərqlənib. Üçüncü sırada qəralaşan Felo 1962-ci ildə “Yuventus”la görüşün 35-ci saniyəsində qol vurub.

Qeyd edək ki, Gülər ilk hissədə dubl edib. Yarımmüdafiəçi 90-cı dəqiqədə əvəzlənib.

“Bayern” isə ümumi hesabda üstün olaraq Çempionlar Liqasının yarımfinalına yüksəlib və bu mərhələdə PSJ ilə qarşılaşacaq.

Aut.az