Azərbaycan cüdoçusu Avropa çempionatına qələbə ilə başladı
Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva (52 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə start verib.
Aut.az xəbər verir ki, idmançı 1/16 finalda Karla Tavares Fernandeşlə (Lüksemburq) üz-üzə gəlib. Rəqibini məğlub edən Gültac Məmmədəliyeva növbəti raunda vəsiqə qazanıb.
Bu gün Azərbaycanın 7 cüdoçusu tatamiyə çıxacaq. Avropa çempionatı aprelin 19-da başa çatacaq.
