İspaniya

Ançelotti ÇL-in yeni formatı haqda: Səbirli olun

“Real Madrid”in baş məşqçisi Karlo Ançelottiyə Çempionlar Liqasının yeni formatı ilə bağlı sual verilib.

Aut.az xəbər verir ki, italyan mütəxəssis yeni formatın üstün və çatışmayan cəhətləri barədə danışmağın hələ tez olduğunu bildirib.

“Hələlik bununla bağlı bir fikrim yoxdur, çünki hələ bu formatda oynamamışıq. Səbirli olun, təxminən bir il ərzində mütləq zəif və üstün cəhətlər görünəcək. Bəzən yeni sistem çox yaxşı ola bilər”, – İspaniyanın AS nəşri Ançelottinin sözlərini sitat gətirib.

Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 yox, 36 komanda çıxış edəcək. Əvvəllər klublar hər biri dörd komandadan ibarət qruplara bölünürdü, indi Çempionlar Liqasında 36 komandanın hamısı bir turnir cədvəlində yer alacaq və İsveçrə sistemi adlanan sistemdən istifadə ediləcək. 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının finalı 31 may 2025-ci ildə Münhendəki “Allianz Arena”da keçiriləcək.

Aut.az