Riko Rüdigeri bağışlamayacaq: Həddi keçdi
“Xetafe”nin müdafiəçisi Dieqo Riko “Real Madrid”in müdafiəçisi Antonio Rüdigeri bağışlamadığını bildirib.
Aut.az xəbər verir ki, martın 2-də La Liqa matçında Rüdiger Rikonu yıxdıqdan sonra onun çənəsinə zərbə endirmişdi. Hakim Alexandro Munis tibb işçilərini meydana çağırıb, lakin qayda pozuntusu qeydə almayıb.
“Məni yaşatdığına görə hələ də ondan üzr istəməliyəm? Rüdiger çox aqressiv oyunçudur, amma həmin hadisədə o, həddi keçdi. Mən onu bağışlaya bilmərəm”, – Riko “La Otra Grada” podkastında deyib.
Aut.az
