İspaniya

Hakimin anasını təhqir etdi: Cəzası nə olacaq?

“Atletiko”nun hücumçusu Anxel Korrea La Liqa çərçivəsində baş tutan “Xetafe” ilə oyunun 88-ci dəqiqəsində qırmızı vərəqə ilə meydandan qovulmaqla yanaşı, ağır cəzaya məruz qalacaq.

Aut.az xəbər verir ki, buna səbəb onun matçın baş hakimi Kuadra Fernandesi təhqir etməsidir. Forvard onun anasını təhqir etməklə yanaşı, qorxaqlıqda ittiham edib.

Buna görə argentinalı hücumçunun minimum dörd oyunluq diskvalifikasiya olunacağı gözlənilir. Buna görə də Korrea “Barselona” ilə hər iki oyunu – Kral Kuboku və La Liqa matçını buraxacaq.

Aut.az