“Real” 33 yaşlı hücumçunu hədəfə aldı
“Real” “Osasuna” klubunun hücumçusu Ante Budimirlə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Diario de Noticias” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 33 yaşlı xorvatiyalı futbolçunun müqaviləsində 20 milyon avroluq sərbəst qalma bəndi var. Lakin bu yay həmin məbləğ 8 milyon avroya enəcək. Bildirilir ki, Madrid klubunun baş məşqçisi Xabi Alonso komandanın keçmiş hücumçusu Xoselunun funksiyalarını yerinə yetirə biləcək bir oyunçu axtarır və Budimir bu profildəndir.
Futbolçunun “Osasuna” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. “Transfermarkt” portalı onun cari bazar dəyərini 5 milyon avro olaraq qiymətləndirir.
Ante Budimir 2024/25 mövsümündə “Osasuna”nın heyətində 42 matçda 24 qol vurub.
Aut.az
