İspaniya

Azarkeşlərin “tənqid hücumu”na məruz qaldı: Şərh bölümünü bağladı

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunun “Monako” ilə oyunundan (1:2) sonra tənqidlərə məruz qalıb.

Aut.az xəbər verir ki, alman qapıçı tənqidlərə görə sosial şəbəkə hesabındakı son paylaşıma şərhləri bağlayıb.

Fransız klubu ilə oyunda alman qapıçı yarımmüdafiəçi Erik Qarsiyaya riskli ötürmə edib və nəticədə Qarsiya rəqibin qarşısını kobudluqla alıb. Bu da onun meydandan qovulması ilə nəticələnib.

“Barselona” Çempionlar Liqasının növbəti mərhələsində “Yanq Boyz”la qarşılaşacaq. Qarşılaşma oktyabrın 1-də baş tutacaq.

Aut.az