İngiltərəİspaniya

Şok transfer: “Siti” “Real”ın əfsanəsini bu klub üçün alır

“Jirona” İngiltərənin “Mançester Yunayted” klubunun braziliyalı yarımmüdafiəçisi Kazemiro ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Todofichajes” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 32 yaşlı futbolçunun transferi “Mançester Siti”nin sayəsində baş tuta bilər. “Şəhərlilər” tərəfdaş kluba kömək etmək və əsas rəqibini zəiflətmək üçün bütün gücləri ilə çalışacaqlar.

2024/25 mövsümündə Kazemiro klub səviyyəsində 20 oyun keçirib, 3 qol vurub. “Transfermarkt” portalı onun dəyərini 12 milyon avro qiymətləndirir.

Daha əvvəl bildirilmişdi ki, Kazemiro “Real”a qayıda bilər.

Aut.az