Onunla müqavilənin yeniləyəcəklərinə ümid edirlər: Avropa nəhəngləri imkan versə…
“Tottenhem” hücumçusu Son Hın-Min ilə müqaviləni daha bir il müddətinə uzatmaq niyyətindədir.
Aut.az xəbər verir ki, bunu insayder Fabriio Romano X sosial şəbəkəsində bildirib.
Futbolçu ilə hazırkı müqavilə 2025-ci ildə başa çatır. Onun komandanın lideri olması “mahmızlar”ı yeni sövdələşməyə sövq edir.
Cənubi koreyalı futbolçu indidən “Barselona”, “Real”, “Atletiko” və “Mançester Yunayted” kimi klubların transfer siyahısında yer alıb. Buna görə “Tottenhem”in çətin vəziyyətə düşüb. Sadəcə Hın-Minin onlardan yana seçim edəcəyinə ümid edirlər.
Bu mövsüm 32 yaşlı Son bütün yarışlarda 20 matçda meydana çıxıb, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
