Basketbol

“Lənkəran” məğlub oldu

Azərbaycan Basketbol Liqasında IX turun daha bir oyunu keçirilib.

Aut.az xəbər verir ki, günün ilk matçında “Ordu” “Lənkəran”ı məğlub edib.

Qarşılaşma 99:51 hesabı ilə başa çatıb.

B qrupunda xallarının sayını 15-ə çatdıran “Ordu” liderdir. 10 xalı olan bölgə təmsilçisi beşinci sıradadır. Günün ikinci görüşündə A qrupunda “Neftçi” və “Sərhədçi” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, ötən gün “Sabah” NTD-yə qalib gəlib – 94:68. Tura dekabrın 27-də yekun vurulacaq.