İlon Mask İngiltərə nəhənginə maraq göstərəcək?
2023-cü ildə Mançester Yunaytedin səhmlərini almazdan əvvəl ingilis iş adamı Cim Ratkliff məşhur amerikalı sahibkarlar İlon Maskı (SpaceX-in baş direktoru) və Ceff Bezosu (Amazonun qurucusu) klubun potensial sponsorları hesab edirdi.
Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ratkliff “Mançester Yunayted” brendinin populyarlığının həm Maskı, həm də Bezosu maraqlandıra biləcəyinə inanırdı. Bununla belə, adları çəkilən sahibkarların ingilis iş adamının təklifinə necə reaksiya verdiyinin aydın olmadığı vurğulanır.
24 dekabr 2023-cü ildə Ratkliff “Mançester Yunayted”in səhmlərinin 25%-ni satın alıb. Eyni zamanda, Qleyzer ailəsi “qırmızı şeytanlar”ın əsas səhmdarı olaraq qalır.
Aut.az
