İngiltərəİtaliya

Premyer Liqaya qayıdır? – “Yuventus”un futbolçusu iki təklif alıb

Turin “Yuventus”unun yarımmüdafiəçisi Duqlas Luiz İngiltərə Premyer Liqası təmsilçilərinin marağındadır.

Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat verib. O bildirib ki, braziliyalı İngiltərə çempionatı klublarından iki transfer təklifi alıb. Komandaların adları hələ ki, açıqlanmayıb.

Bildirilir ki, Duqlas karyerasını Turində davam etdirmək istədiyi üçün qərar verməyə tələsmir.

2024-cü ilin yayında Luis “Aston Villa”dan “Yuventus”a keçib.

Aut.az