İngiltərə

“Siti” martın ən yaxşısını açıqladı: Bizim özbək superulduzumuz

“Mançester Siti” mart ayının ən yaxşı oyunçusunun adını açıqlayıb.

Aut.az xəbər verir ki, müdafiəçi Abdukodir Xusanov ötən ay komandanın ən yaxşı oyunçusu seçilib.

Şəhərlilər”in sosial media paylaşımında “Bizim özbək superulduzumuz!” yazılıb.

Mart ayında Abdukodir Xusanov bütün turnirlərdə “Mançester Siti”nin altı oyununda meydana çıxıb. Özbək müdafiəçi Liqa Kubokunun finalında “Arsenal”a qarşı oynda (2-0) 90 dəqiqə meydanda olub. Xusanov həmçinin Çempionlar Liqasının 1/8 finalında “Real Madrid”ə qarşı oyunda da meydanda olub. “Mançester Siti”nin növbəti oyunu aprelin 4-də İngiltərə Kubokunun 1/4 final mərhələsində “Liverpul”a qarşı olacaq.

Aut.az