Premyer Liqa tarixində ilk: Bunlar heç vaxt yaşanmamışdı
İngiltərə Premyer Liqası tarixində ilk dəfə olaraq elitaya yüksələn üç komanda ardıcıl mövsümlərdə Çempionşipə qayıdıb.
Aut.az xəbər verir ki, bu barədə “Squawka” məlumat yayıb.
Cari mövsümdə “İpsviç”, “Lester” və “Sauthempton” bu halla üzləşibsə, 2023/24-cü illər mövsümündə “Börnli”, Şeffild Yunayted” və “Luton Taun” eyni aqibət yaşayıb.
Həmçinin Premyer Liqa tarixində daha bir xoş olmayan ilk yaşnıb. Belə ki, sona 4 tur qalmış çempionatə tərk edən bütün komandalar müəyyənləşib. Belə bir hal liqanın tarixində əvvəllər yaşanmayıb.
Aut.az
