İngiltərə

Təqvimdən şikayət etdi, cavabını aldı: Nə qədər maaş alırsan?

“Nyukasl”ın keçmiş hücumçusu Alan Şirer “Liverpul”un müdafiəçisi Vircil van Deyki sıx təqvimindən şikayət etdiyinə görə tənqid edib.

“Futbolçular çox oynayırlar? Bu tam cəfəngiyatdır. Heyətiniz hər zamankından daha böyükdür, sizin həmişəkindən daha çox əvəzediciniz var və hər zamankından daha çox maaş alırsınız. Sizdə ən yaxşı fizioterapevtlər, ən yaxşı texnologiya – ən yaxşı hər şey var. Lənət olsun, siz çox oynayırsınız?!

Milli komanda – bunu başa düşürəm. Biz hamımız bilirik ki, futbol təşkilatları bunu niyə edir – maliyyə səbəblərindən. Ancaq İngiltərədəki sıx iş qrafiki ilə razı deyiləm”, – deyə Şirer deyib.

Ötən mövsüm van Deyk klub və milli komandanın heyətində ümumilikdə 56 oyun keçirib, bu oyunda dörd qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az