İngiltərə

“Liverpul” ona əvəzləyici axtarır: 3 namizəd var

“Liverpul” rəhbərliyi uzunmüddətli perspektivdə Endryu Robertsonu əvəz edə biləcək sol cinah müdafiəçisi axtarır .

Aut.az “The Sun”a istinadən xəbər verir ki, “qırmızılar”ın baş məşqçisi Arne Slot Kostas Tsimikasa etimad göstərir. Lakin klub sol cinah müdafiəçisi mövqeyini transfer bazarında özünün əsas mövqelərindən biri hesab edir.

Nəşr “Liverpul”un maraqlandığı üç namizədi müəyyənləşdirib. Bunlar “Fulhem”dən Entoni Robinson, “İpsviç”dən Leyf Devis və “Leypsiq”dən David Raumdur.

Bu mövsüm Endryu Robertson “Liverpul”un heyətində 14 oyun keçirib.

Aut.az