Formula 1

Məşhur idmançılar görün nəyə sərmayə qoyublar

 “Formula 1” komandası “Alpin” bir sıra məşhur idmançıların fransız şirkətinə ümumilikdə 200 milyon avro sərmayə qoyduğunu açıqlayıb.

“Formula 1”-ə sərmayə qoymağa qərar verən idmançılar arasında NFL ulduzları Patriks Mahomes və Travis Kales, ağır çəkili boksçu Entoni Coşua, “Liverpul”un futbolçusu Trent Aleksander-Arnold, İspaniya yığmasının və “Mançester Yunayted”in keçmiş oyunçusu Xuan Mata və qolfçu Rori Makilroy var.

Əvvəllər məşhur Hollivud aktyoru Rayan Reynolds “Alpin” komandasına sərmayə qoyub.

Bu mövsüm komandanın sürücüləri Pyer Qasli və Esteban Okondur. Komanda mövsümün sonunda 6-cı yeri tutur.

Aut.az