Formula 1

“Mercedes” Hemiltona əvəzləyici tapmadı, bu varianta qayıtdı

2024-cü il mövsümünün sonunda sürücü Lyuis Hemilton “Mercedes”i tərk edərək “Ferrari”yə keçəcək.

Ancaq alman komandası hələ də ona əvəzləyici tapa bilmir.

Aut.az xəbər verir ki, əsas namizəd hazırkı “Ferrari” sürücüsü Karlos Sayns idi, lakin sonra Mercedes F2-də yarışan gənclik proqramı sürücüsü Andrea Kimi Antonelliyə stavka etmək istədi.

Sayns isə “Uillyams”, “Audi” və “Alpin”ə keçməyə yaxın olsa da, lakin hələ də 2025-ci il mövsümü üçün yeni komanda seçməyib.

Bu arada, “Mercedes”, F1 təcrübəsi olmayan Antonelliyə yer vermək fikrindən vaz keçib və Sayns variantına qayıdıb.

Son zamanlar sürətini bərpa edən, ardıcıl iki yarışda qalib gələn və yeni mövsümdə çempionluğa iddialı ola biləcəyini göstərən “Mercedes”ə keçidi ispaniyalının müsbət qarşıladığı bildirilir.

Aut.az