Görün Messi Argentinanı hansı komanda ilə müqayisə etdi
Argentina millisi Cənubi Amerika regionunda DÇ-2026nın seçmə mərhələsində inamla liderlik edir.
Aut.az xəbər verir ki, Lionel Messi Argentina yığmasını Pep Qvardiolanın inanılmaz “Barselona”sı ilə müqayisə edib.
“Düşünürəm ki, Argentina millisi irəliləməyə və oyununu təkmilləşdirməyə davam edir. Qvardiolanın “Barselona”sı tarixin ən yaxşı komandasıdır. Düşünürəm ki, bu Argentina indi o “Barselona”ya çox yaxındır.
Amerika Kubokunu qazandıq, Dünya Kubokunu qazandıq. Bu çox şey deməkdir. Bizim öz oyun tərzimiz, öz üslubumuz var və meydançaya kimin girməsinin heç bir əhəmiyyəti yoxdur”, – Messi deyib.
Aut.az
