Digər

Özil haray çəkdi: Haradadır humanizm, insanlar?

Məsut Özil İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri ilə bağlı paylaşım edib.

“Bu dünyada günahsız insanların, xüsusən də uşaqların üzərinə hər gün, hər saat bomba atmağın bir səbəbi ola bilərmi? Yox!

Bu sadəcə bir kabusdur. Haradadır humanizm, insanlar?

O, #freepalestine həştəqindən də istifadə edib.

Dünən axşam saatlarında Qəzza zolağında xəstəxananın raketlə vurulması nəticəsində 800-dən çox insan həlak olub. Tərəflər hücumda bir-birini günahlandırıb.

Aut.az