Məşqə gəldilər, planı açıqladılar: Onun dövründəki standart
“Mançester Yunayted”in 25%-lik payını əldə edən “İneos”un sədri Cim Ratkliff və “İneos”un idman direktoru Deyv Braylsford “Qırmızı şeytanlar”ın Karrinqtondakı məşq meydançasına baş çəkib, burada baş məşqçi Erik ten Haq və klub işçiləri ilə görüşüblər.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bu görüşlər zamanı Ratkliffe və Brailsfordun “Mançester Yunayted” əməkdaşlarına layihənin məqsədinin klubu Ser Aleks Ferqyusonun dövründə mövcud olan yüksək standartlara qaytarmaq olduğunu bildiriblər.
Ratkliffin Ten Haqla təfərrüatları məlum olmayan söhbət etdiyi də məlum olub.
Xatırladaq ki, Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”ə rəhbərlik edib. Bu müddətdə “Mançester Yunayted” 13 dəfə İngiltərə çempionu, 5 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 10 dəfə İngiltərə Superkubokunu, 2 dəfə Çempionlar Liqasını qazanıb.
Aut.az
