“Çelsi” “Barsa”nın hücumçusunu aldı – FOTO
“Çelsi” “Barselona”nın hücumçusu Mark Qiunu transfer edib.
Aut.az xəbər verir ki, 18 yaşlı futbolçu London klubu ilə əməkdaşlığı daha bir mövsüm uzatmaq imkanı ilə 5 illik müqavilə imzalayıb. Daha əvvəl “Çelsi”nin futbolçu üçün “Barselona”ya 6 milyon avro təzminat ödəyəcəyi bildirilirdi.
Qiu keçən mövsüm “Barsa”nın əsas komandasında yeddi oyuna çıxıb və iki qol vurub.

Aut.az
