İngiltərəİspaniya

Ulduz hücumçu üçün 120 milyon təklif ediblər, rədd cavabı alıblar

“Atletiko Madrid”in hücumçusu Julian Alvares Londonun “Arsenal”ına keçə bilərmiş.

Aut.az xəbər verir ki, bu barədə “El Desmarque” məlumat yayıb.

Mənbənin məlumatına görə, “topçular”ın rəhbərliyi argentinalı hücumçunu Klublararası Dünya Kuboku zamanı əldə etməyə çalışıb. O vaxt ingilis klubu Alvares üçün 100 milyon avro sabit ödəniş və əlavə 20 milyon avro bonus təklif edib.

Madrid klubu bu təklifi rədd edib. Julian 2024-cü ildən İspaniya klubunda oynayır. Tərəflər arasında mövcud əmək müqaviləsi 2030-cu ilin iyun ayında bitir.

Aut.az