Oğluna onun adını qoydu
“Everton”un hücumçusu Nil Mopey maraqlı addım atıb.
Aut.az xəbər verir ki, oğluna “Aston Villa”nın və İngiltərə millisinin hücumçusu Olli Uotkinsin adını qoyduğunu açıqlayıb.
“Olli və mən birlikdə oynayırdıq. O, mənim dostumdur. Düzünü desəm, bu, əla qol idi, əsl hücumçunun qolu idi. Emal və tamamlama. Mən onun üçün çox xoşbəxtəm.
Sizin üçün bir hekayəm var. Oğluma Ollie Watkinsin adını verdim. “Brentford”da ilk dəfə görüşəndə onun adını bəyəndim və dedim ki, əgər oğlum olsa, ona Olli deyəcəyəm. Mən məhz bunu etdim. Əslində, keçən həftə danışdıq və mən ona xəbəri dedim”.
Qeyd edək ki, iyulun 14-də İngiltərə AVRO-2024-ün finalında İspaniya ilə qarşılaşacaq. Görüş Berlində baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
