Konor da Trampa sui-qəsdən yazdı
Keçmiş UFC çempionu Konor Makqreqor Pensilvaniyada seçki kampaniyası zamanı Donald Trampa sui-qəsd cəhdinə reaksiya verib.
Aut.az xəbər verir ki, Konor bu barədəsosial şəbəkədə yazıb.
“78 yaşlı milyarder yaxtada gəzməli, qolf meydançalarında olmalıdır. Amma belə deyil. O, Pensilvaniyadadır! Vətən sevgisi üçün gəzir. Allah Donalda kömək olsun! Allah ABŞ-a kömək olsun”, – Konor yazıb.
İyulun 14-də Donald Tramp Pensilvaniyada seçki kampaniyası zamanı güllələnib.
Aut.az
