Zinçenkonu ittiham etdilər, Morqan elə cavab verdi ki…
Britaniyalı jurnalist Pirs Morqan sosial şəbəkədə “Arsenal”ın ukraynalı futbolçusu Aleksandr Zinçenkonu müdafiə edib.
Aut.az xəbər verir ki, “Twitter” istifadəçisi Ukraynanın Morqana verdiyi müsahibədən sonra yazıb: “Futbolun ən xoşagəlməz simalarından biridir. O, ruslara və belaruslara qarşı açıq şəkildə ksenofobiyanı təşviq edir, halbuki onların cari hadisələrlə heç bir əlaqəsi yoxdur”.
“Əslində o, indiyə qədər tanış olduğum ən gözəl və təsirli futbolçulardan biridir. Sən isə iyrənc bir axmaq kimi görünürsən”, – Morqan ona cavab verib.
Aut.az
