“Çelsi”nin bazasında nə baş verir? – Futbolçular təxliyə edildi
Futbolçular və “Çelsi” klubunun əməkdaşları bu gün Kobembedəki məşq bazasından təxliyə edilib.
Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Bildirilir ki, kompleksin hovuzunda siqnalizasiya işə düşüb və xlor sızması ehtimalına görə futbolçularla birlikdə klub işçiləri binanı tərk etməli olublar.
Hadisə yerinə gələn yanğınsöndürənlər təhlükə siqnalının yalançı olduğunu müəyyənləşdiriblər. Bununla belə komanda şənbə məşqini planlaşdırıldığı kimi keçirə bilib.
Bu gün, oktyabrın 25-də “Çelsi” Premyer Liqanın 9-cu turu çərçivəsində “Sanderlend”i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Aut.az
