Salahdan əfsanəyə çatmasına reaksiya: Bilirdim, amma…
“Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqada “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aqueronun qol rekordunu təkrarlamasına münasibət bildirib.
Hər iki oyunçu 184 qol vurub və indi Premyer Liqanın tarixində ən çox qol vuran oyunçular siyahısında 5-ci yerdədirıər.
“Rekord haqqında bilirdim, amma oyun zamanı bu barədə düşünmədim. Amma bu rekorddan xəbərim var. Serxio əla oyunçudur, o, bu liqanın əfsanəsi idi. Ona görə də buna sevinirəm”, – klubun mətbuat xidməti Salahdan sitat gətirib.
Martın 8-də “Liverpul”un cinah oyunçusu dubl edib və komandasına İngiltərə Premyer Liqasının 28-ci turunda “Sauthempton”la matçda (3:1) qalib gəlməyə kömək edib.
“Nyukasl”ın və “Blekbern”in keçmiş hücumçusu Alan Şirer 260 qolla Premyer Liqanın bütün zamanların bombardirləri siyahısına başçılıq edir.
Aut.az
