Deku onun nümayəndələri ilə bu şəhərdə görüşdü
“Barselona” “Mançester Yunayted”in hücumçusu Markus Reşfordun nümayəndələri ilə görüş keçirib.
Aut.az xəbər verir ki, görüşdə ingilis futbolçunun mümkün icarə şərtləri müzakirə olunub.
“Sport.es”in jurnalisti Toni Xuanmarti xəbər verir ki, 27 yaşlı hücumçunun ətrafı Çempionlar Liqasında “Benfika” ilə oyundan (5:4) əvvəl Lissabonda “Barselona”nın idman direktoru Deku ilə görüşüb.
Qeyd olunur ki, Reşford artıq “Barselona” ilə şəxsi şərtləri razılaşdırıb və onun qeydiyyatı üçün klubun maaş büdcəsini azaltmasını gözləyir.
Aut.az
