İspaniya

Del Boske onları DÇ-2010-a aparmadığı üçün hələ də əzab çəkir

Visente Del Boske Raulu İspaniya yığmasının qalib olduğu dünya çempionatına aparmadığı üçün təəssüflənir.

15 il əvvəl 2010-cu il Dünya Kubokunun finalı baş tutub və İspaniya millisi Niderlanda 1:0 hesabı ilə qalib gəlib. Əlavə vaxtda Andres İnyesta qələbə qolunu vurub.

Aut.az xəbər verir ki, İspaniya millisinin keçmiş baş məşqçisi “El Larguero” proqramının efirində deyib:

“Markos Sennanı, məsələn, Raul Qonsalesi heyətdən kənarlaşdırmaq asan olmadı. Bu, bir çox səbəblərə görə ağrılı idi, amma xüsusilə Raula görə… Düşünürəm ki, hələ də bununla bağlı təəssüflənirəm.

Mən ona çox, çox bağlıyam və həm də gözəl insan olan Markos.  Biz onu heyətə götürməsək də, o, bizimlə möhtəşəm davrandı və bu qərarı hörmət və ləyaqətlə qəbul etdi”.

Aut.az