Ərəblərdən Ançelottiyə cəlbedici təklif
“Real”ın baş məşqçisi Karlo Ançelotti karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
İtaliyalı mütəxəssis mövsümə 50 milyon avro maaşla təklif alıb. Lakin klubun adı açıqlanmır.
Qeyd edək ki, Ançelotti hazırda Braziliya Futbol Konfederasiyası ilə danışıqlar aparır. Lakin Madrid klubu onu klublararası dünya çempionatından əvvəl buraxmaq istəmədiyi üçün tərəflərin planı pozulub.
Aut.az
