“Yunayted” qapıçını bu ölkədə tapdı: 30 milyona satırlar
“Mançester Yunayted” “Atletiko Madrid”in 32 yaşlı qapıçısı Yan Oblakla maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin məlumatına görə, ingilis klubu yaxın həftələrdə sloveniyalı qolkiper üçün rəsmi təklif göndərməyə hazırdır. “Hindular” Oblakı 30 milyon avroya buraxmağa hazırdır. “Mançester Yunayted”in 32 yaşlı futbolçu üçün bu məbləği ödəməyə hazır olduğu vurğulanır.
Cari mövsümdə Oblak bütün yarışlarda 42 oyun keçirib, 15-də qapısını toxunulmaz saxlayıb. Futbolçunun əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.
Aut.az
