İtaliyaİspaniya

“Milan” axtardığını “Real”da tapdı

“Real”ın müdafiəçisi Fransisko Qarsiya “Milan”ın maraq dairəsindədir.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Müdafiəçi “Əl-Hilal”a keçən Teo Hernandesi əvəz edə bilər. İtaliya klubu ispan müdafiəçinin transferini nəzərdən keçirir. Çünki “Benfika”dan Alvaro Karrerasın Madrid komandasına transferinin tezliklə baş tutacağı gözlənilir. Bundan sonra Qarsiya “Real”ın əsas heyətində yer almaya bilər.

Ötən mövsüm 25 yaşlı müdafiəçi İspaniya çempionatında Madrid klubunun heyətində 31 oyun keçirib və 2 məhsuldar ötürmə edib. “Transfermarkt”ın məlumatına görə, futbolçunun bazar dəyəri 18 milyon avrodur.

Aut.az