Qadın müğənninin Madrid derbisindəki çıxışı ləğv olundu: Görün nəyə görə
“Atletiko” İspaniya çempionatının 8-ci turunda baş tutacaq “Real”lə derbinin fasiləsində meksikalı müğənni Danna Paolanın çıxışını ləğv etmək qərarına gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
29 yaşlı müğənni və aktrisa “hindular”ın stadionunda keçiriləcək matçın ilk yarısından sonra Abraham Mateo ilə duet şəklində “El dubl” mahnısını ifa etməli idi. Lakin “Atletiko” razılaşmadan bir neçə gün sonra çıxışı ləğv etmək qərarına gəlib.
Buna səbəb Paolanın müsahibələrdən birində “Real”ın fanatı olduğunu və komandanı canlı görmək üçün səbirsizliklə gözlədiyini deməsidir.
Qeyd edək ki, Madrid derbisi sentyabrın 29-da “Metropolitano”da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
