İspaniyaDünya futbolu

“Barsa” gözünün ona dikib – 70 milyon qiyməti var

PSJ-nin hücumçusu Bredli Barkola “Barselona”nın maraq dairəsinə düşüb.

Aut.az xəbər verir ki, “L’Equipe” qəzetinin məlumatına görə, parislilər yay transfer pəncərəsində oyunçusunu satmağa hazırdırlar. “Barselona” 23 yaşlı futbolçu üçün iddialılar arasındadır və Paris klubu Barkolanı 70 milyon avro dəyərində qiymətləndirir.

Bredli Barkola 2023-cü ildə “Lion”dan PSJ-yə 45 milyon avroya keçib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. Qanad oyunçusu bu mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 33 oyunda iştirak edib, səkkiz qol vurub və altı məhsuldar ötürmə edib.

Aut.az