İspaniya

Reşforddan “Barselona”ya jest: Qalmaq üçün bunu etdi

“Barselona”nın hücumçusu Markus Reşford daimi keçid etmək üçün maaşının əhəmiyyətli hissəsindən imtina etməyə razılaşıb.

Aut.az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Bildirilib ki, “Barsa” Reşfordun 30 milyon avro məbləğində satınalma bəndini aktivləşdirməyə hazırlaşır. Futbolçunun özü şəhərə, komandaya və məşqçilər heyətinə aşiq olub və yalnız bu komandada çıxış etmək istəyir.

Kataloniya klubu Reşfordu yay transfer pəncərəsində “Mançester Yunayted”dən icarəyə götürüb. O, “Barselona”nın heyətində bütün turnirlərdə 34 oyun keçirib, 10 qol vurub və 13 məhsuldar ötürmə edib.

Aut.az