İspaniya

“Barselona”dan FİFA-ya şikayət etdilər

“Atletiko Madrid” İspaniya Kral Futbol Federasiyasına və FİFA-ya rəsmi şikayət ərizəsi ilə müraciət edib.

Aut.az xəbər verir ki, COPE-nin məlumatına görə, Madrid klubu “Atletiko”nun razılığı olmadan Xulian Alvareslə danışıqlar apardığına görə “Barselona”nın cəzalandırılmasını tələb edir.

Məlum olduğu kimi, FİFA qaydaları klubların icazəsi olmadan oyunçu ilə əlaqə saxlamağı qadağan edir. Bu qaydaya istisna oyunçunun müqaviləsinin müddəti bitmək üzrə olduqda olur.

“Atletiko” səlahiyyətli orqanların araşdırma aparmasını və “Barselona”ya qarşı sanksiyalar tətbiq etməsini gözləyir.

Xulian Alvares daha əvvəl “Atletiko”dan ayrılmaq istədiyini açıq şəkildə bildirmişdi.

Aut.az