Sabiq prezidentə yumurta atan əmi danışdı: Başqa planım da vardı
Kitabın təqdimat mərasimində İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubialesə yumurta atan əmisi qalmaqallı hərəkətinə münasibət bildirib.
Aut.az xəbər verir ki, məhkəmə binasını tərk edən Luis Ruben Rubiales özünü əla hiss etdfiyini bildirib:
“Özümü əla hiss edirəm, sanki 15 gündür Benidormda tətildə olmuşam. Müsbət enerjim var”.
O, qardaşı oğlunun onu məhkəməyə vermək istəyinə də münasibət bildirib:
“Niyə məni məhkəməyə versin?”
Ruben etiraf edib ki, qardaşı oğluna təkcə yumurta atmağı düşünməyib, başqa planı da olub:
“Mənim bir çanta pikosum (quru çörək çubuqları) var idi, onları da tədbirdə ona atmağı düşünürdüm”.
Aut.az
