İspaniya

Mourinyo bu gün Madridə gəlir, sabah isə…

Joze Mourinyo bu gün, iyunun 9-da Madridə gələcək və onun “Real Madrid”in baş məşqçisi kimi təqdimatı sabah, iyunun 10-da gözlənilir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Ramon Alvares de Mon sosial mediada məlumat yayıb.

Daha əvvəl, prezident seçkilərində qalib gəldikdən sonra Florentino Peres portuqaliyalı mütəxəssisin “kral klubu”nun baş məşqçisi təyin olunacağını açıqlamışdı.

Mourinyo əvvəllər 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”də çalışıb.

Aut.az