İspaniya

Bu baş versə, “Barselona” və “Real” 1 milyard qazanacaq

Avropa Superliqasını yaradan “A22 Sports Management” rəhbərliyi bu turnirin iştirakçısı olacağı təqdirdə “Barselona” və “Real”ın hər birinə 1 milyard avro ödəyəcək.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Super Liqanın ümumi büdcəsi 15 milyard avro olduğu üçün klublara bu məbləği ödəmək iqtidarındadır. “Barselona” və “Real Madrid”in hər birinə 1 milyard avro ödəniləcək, çünki bu klubların rəhbərliyi bu ideyaya sadiq qalıb.

Bu ödənişin Kataloniya klubunun bütün iqtisadi problemlərinin həllinə kömək edəcəyi də vurğulanır.

Xatırladaq ki, dekabrın 21-də Avropa İttifaqı Məhkəməsinin UEFA və FİFA-ya qarşı antiinhisar iddiası ilə bağlı qərar qəbul edəcəyi məhkəmə iclası olacaq. Avropa Superliqasının gələcəyi böyük ölçüdə bu qərardan asılıdır.