“Barselona” şokda: Suyu kəsdilər, futbolçular evə tər içində gedəcəklər
Kataloniyadakı quraqlığın təsirindən “Barselona” əziyyət çəkir.
Aut.az xəbər verir ki, bundan əvvəl Kataloniya hakimiyyəti regionda son 100 ilin ən pis quraqlığının nəticələri ilə mübarizə aparacaq bir sıra tədbirlər tətbiq edib.
Noyabrın sonunda Kataloniyanın daxili hövzələrində su anbarlarının səviyyəsi cəmi 19% təşkil edib. O dövrdə regional rəhbərlik artıq bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq etmişdi – məsələn, adambaşına su sərfi 210 litr, suvarılan idman qazonlarının sahəsi isə ayda 200 kubmetrə qədər azaldılmışdı. İndi rəsmilər yeni məhdudiyyətlər tətbiq etməli olub.
O cümlədən, gələn həftədən idman zalları və mərkəzlərdə duşlardan istifadə qadağan olunacaq. Bu qərar birbaşa “Barselona”ya və regionun digər peşəkar klublarına təsir edəcək.
“Bölgədəki çətin vəziyyəti nəzərə alaraq, istisnalar olmayacaq, ona görə də görülən tədbirlər peşəkar idmançılara da təsir edəcək” – “Cadena SER”ə müsahibəsində iqlim dəyişikliyi naziri David Maskurt bildirib.
“Barsa”nın oyunçularının ev matçlarından sonra duş ala bilməyəcəkləri ilə bağlı suala Maskort belə cavab verib: “Barsa” “Monjuik” stadionunda, bazada və başqa yerlərdə su istehlak edir. “Barsa” ot örtüyünü suvarmağa sərf etdiyi suyu kompensasiya etməli və duşlara qənaət etməlidir. Bu həm stadiona, həm də klub bazasına aiddir. Orada sudan çox istifadə edirlər və istehlaklarını azaltmağa məcbur olacaqlar”.
Beləliklə, tətbiq edilən qadağalara riayət etmək üçün “Barselona” oyunçuları artıq ev matçları və məşqdən sonra evdə duş qəbul etməli olacaqlar.
Aut.az
