“Barsa” futbolçu ala bilməyəcək, onu satmasa
“Barselona”nın 27 yaşlı cinah oyunçusu Rafinya bu yay Kataloniya klubunu tərk etməsə, çətin ki, “blauqrana” yeni oyunçular ala bilsin.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanının bəzi klubları Rafinya üçün 80 milyon avro təklif etməyə hazırdır ki, bu da komandaya maliyyə vəziyyətində xeyli kömək edəcək.
Kataloniya klubu Rafinyanın yerinə “Athletik”dən Niko Uilyamsı transfer etmək istəyir, çünki “Barselona” bu mövqedə şaquli futbola diqqət yetirən daha gənc oyunçu istəyir. Rafinyanın özünün də “Barselona”dan ayrılmaq istəmədiyi, Kataloniya klubunun idman direktoru Dekonun isə ona təzyiq etmək fikrində olmadığı vurğulanır.
Xatırladaq ki, Rafinya ötən mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 10 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.
Aut.az
