AÇ-2024: Almaniya millisi Şotlandiyaya qarşı
Bu gün futbol üzrə sayca 17-ci Avropa Çempionatı start götürəcək.
Aut.az xəbər verir ki, A qrupunun ilk matçında ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq.
Münhendəki “Allianz Arena”da baş tutacaq görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.
Oyunun start fiti saat 23:00-da səslənəcək.
Bu qrupun digər qarşılaşması sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında gerçəkləşəcək.
AÇ-2024
14 iyun
A qrupu
23:00. Almaniya – Şotlandiya
Hakim: Kleman Tyürpen (Fransa).
Münhen. “Allianz Arena”
